intertv.az
intertv.az

Acun və Şeyma boşandı – Məhkəmə 9 dəqiqə çəkdi

27-11-2018, 06:47 74 dəfə baxılıb

Acun və Şeyma boşandı – Məhkəmə 9 dəqiqə çəkdi















Acun Ilıcalı ilə Şeyma Subaşı boşanıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir az əvvəl məhkəməyə gedən ikilinin fotoları yayılıb. Boşanmaq üçün birlikdə gələn cütlüyün şən əhvalı diqqətdən qaçmayıb. Ilıcalı və Subaşı kameralara gülümsəyərək poz verib.

Ötən ilin sentyabr ayında Fransada ailə quran ikilinin hansı səbəblə ayrıldığı hələ ki, məlum deyil.

İddialara görə, Acun və Şeyma 4 aydır boşanmağa qərar verib. Münasibətlərini xilas etməyə çalışan cütlüyün cəhdləri alınmayıb. Bu barədə Ilıcalı açıqlamasında deyib:

“Hər evlilikdə boşanma var. Biz də evliliyimizi xilas etməyə çalışdıq. Amma alınmadı. Buna insani yöndən baxmağınızı istəyirəm. Çalışdıq, olmadı. İkimiz üçün də xeyirlisi belədir. Dedi-qodular ola bilər. Nəticədə biz də öz aramızda kiçik bir ailə idik. İddiaların hamısı xoşagəlməzdir. Sevərək evləndik, hörmətlə ayrıldıq”.

Məhkəmə 9 dəqiqə davam edib və cütlük rəsmən boşanıb.

Qeyd edək ki, onların Melisa adlı bir qızı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA