Tarix : 26-11-2018, 08:05 | Bölmə: gundem, bolge |
Türkiyədə kef çəkən direktor şəninə tərif yağdırıb, üz-gözünə bulaşdırdı - Məsxərə...















“Region üzrə ən yüksək nəticəni Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunu əldə edib. Məktəbin məzunu Leyla Təhməzova 695 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. 8 nömrəli məktəb regionda yeganə təhsil müəssisəsidir ki, artıq məzunlarından 5 nəfəri Prezident təqaüdçüsüdür”.

Cahan.info xəbər verir ki, ilin-günün bu vaxtında qəfildən adı media dəftərində olmayan saytlarında birində bu məlumat verilib. Sonra məktəbin direktoru Qəmbər Ağayevin əməyindən, uğurlarından söz açılıb. Bütün bunlar təsadüfi deyil.

Q.Ağayev Türkiyədə istirahətdən qayıtdıqdan sonra rəhbəri olduğu məktəbi və özünü təriflətməyə başlayıb. Görəsən, onu şəninə tərif yağdırmağa vadar edən nədir? - əlbəttə ki yazdıqlarımız...

Oxucular xatırlayar ki, sözügedən məktəbin direktorunun nəvəsi ilə Türkiyədə istirahət fotolarını sosial şəbəkədə yaymasını tənqid atəşinə tutmuşduq.

Bərdədə şagirdləri qul kimi işlədən direktor Türkiyədə kef çəkir - Fotolar və video

Dərs zamanı Türkiyə restoranlarından dincələn və bunu reklam edən Q.Ağayev məsələ ictimailəşən kimi qayıdar-qayıtmaz saytlarında birində özünü təriflədib.

Axı ay Qəmbər müəllim, məktəbin şagirdlərinin yüksək nəticələr göstərməsini, prezident təqaüdçüsü olmasını öz ayağınıza yaza bilməzsiniz?!

Bu, müəllimlərin və həmin abituriyentlərin gözünün işığını xərcləyərək gecə-gündüz oxumasının nəticəsidir, direktorun fəaliyyətinin yox!

İkincisi, lap elə deyək ki, 8 saylı məktəb və onun direktorunun fəaliyyəti təqdirəlayiqdir. Belədirsə, qoy buna Təhsil Nazirliyi qiymət versin, daha hansısa saytda özünü təriflətmək niyə?

Ardınca Q.Ağayev israr edir ki, yalan deyilib, tətil vaxtı Türkiyədə olub. Amma Dövlət Sərhəd Xidmətinə sorğu göndəriləcək ki, hörmətli məktəb direktorunun ölkədən çıxış və giriş tarixləri dəqiqləşdirilsin.

Hətta tətil vaxtı Türkiyə dincəlməyə getmiş olsa belə, bir təhsil xadimi, əməkdar müəllim nə üçün öz sahəsinə aid tədbirlərdən, dövlətin təhsil sahəsində gördüyü işlərdən sosial şəbəkədə yazmır, maarifləndirici paylaşımlar eləmir?

Heç məktəb direktoru da nəvəsi ilə restorandan foto paylaşarmı? İnsanlara süfrədəki yeməkləri nümayiş etdirmək elm-təhsil adamının işi deyil, əksinə, onun vəzifəsi çörəyini insanlarla bölüşməkdir.

Məsələn, Türkiyəyə getməkdənsə, ora xərclənən puldan heç olmasa 50 manat Bərdədə süpürgəçi işləyən kimsəsiz qadına əl tutmaq olmazdı? - olardı!

Ancaq Qəmbər müəllim bunu eləməyib. O, belə xeyirxah və mənəvi qiymət qazandıran hərəkəti ilə deyil, restoranda istirahəti ilə şagirdlərə nümunə olmağa çalışıb.

Söhbət jurnalist Xəyyam Salmanzadənin canlı yayıma çıxardığı, bir övladı ilə çarəsiz durumda qalan gözdən əlil qadından gedir.



Onun övladı məktəbə də gedə bilmir. Qəmbər müəllim bir ürək qızdırıb o uşağın taleyinə sahib çıxa, 8 saylı məktəbinə qəbul edə, təhsil xərclərini qarşılaya bilərdi.

Bunun əvəzində isə özünü saytda təriflədir, kimlərəsə yaxşı işlədiyini göstərməyə çalışır. Əgər bizim bundan əvvəl tənqidi məqaləmiz olmasaydı, Q.Ağayev də özünü mədh etdirməyə zərurət görməzdi.

Xülasə, hər bir məzluma prezident və xanımı kömək edir, əməliyyat xərclərini ödəyir, vətəndaşlar dövlətin dəstəyini görür. Ancaq onların yolu ilə hər bir dövlət qulluqçusu getmir - Q.Ağayev kimi...

Cahan.info xəbər verir ki, özünü təriflədən məktəb direktoru ilə bağlı həmin sayt yazır: “Bu günlərdə internet saytlarının birində Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktoru Qəmbər Ağayevin bilavasitə şəxsiyyətinə qarşı yönəldilmiş əsassız ittihamların əks olunduğu bir material dərc olunmuşdu.

Yazının müəllifi Qəmbər müəllimin öz nəvələri ilə birgə Türkiyədə çəkdirdiyi və sosial şəbəkədə paylaşılmış şəkillərini “dəlil” kimi istifadə edərək, məktəb direktoruna qarşı hansısa cəfəng ittihamlar irəli sürməyə çalışmışdı.

Əlbəttə, bu materialı tamamilə görməzdən gəlmək də olardı. Amma məsələ bundadır ki, əslində Qəmbər Ağayevin bu fotoşəkilləri yenə də onun müsbət imicinə xidmət etmiş olurlar.

Məlumat üçün bildirək ki, həmin fotoşəkillərdə Qəmbər müəllimin yanında əks olunmuş hər iki gənc onun nəvələridirlər.

Onlar Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, biri İstanbul Universitetində mühasibatlıq ixtisası üzrə, digəri isə Əskişəhərin Anadolu Universitetində iqtisadiyyat üzrə (həm də ingilis dilində)magistatura təhsil alırlar.

Həm də demək lazımdır ki, Qəmbər müəllimin hər iki nəvəsi də məhz Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunlarıdırlar.

Başqa sözlə desək, bu iki gənc qardaş Türkiyədə artıq bir neçə ildir ki, öz doğma məktəblərini ləyaqətlə təmsil edirlər.

Dərc olunan fotoşəkillər isə, yalnız və yalnız Qəmbər müəllimin həm də gözəl ailə başçısı, sevən və sevilən bir baba olduğuna dəlalət edir”.

Bizim Q.Ağayevin nəvələrinin Türkiyədə yaxşı təhsil almasına, onun yaxşı bir baba və ailə başçısı olmasına qəti şübhəmiz yoxdur.

Əminliklə söyləmək olar ki, Q.Ağayev ailəsinə bağlı adamdır, nəvələrinin Türkiyədə təhsilinə yardım edib.

Amma bu əsas vermir ki, istirahət fotolarını, restorandan şəkillərini yayasan, yeməyini göstərəsən, sonra bu tənqidlərə cavab olaraq özünü saytlarda təriflədəsən, nazirliyin yerinə özünə qiymət verəsən.

Özünün yaydığı bir faktla bağlı tənqidə dözə bilməyən və dərhal barəsində tərifnamə yazdıran məktəb direktoru ilk növbədə Cahan.info-ya açıqlama verə, razılaşmadığı məqamları söyləyə bilərdi.

Hər bir media quruluşu qarşı tərəfin mövqeyini işıqlandırmağa borcludur və biz də bunu etməyə hazırıq. Ancaq hörmətli Q.Ağayev Türkiyədə restorandan şəkil paylaşır, biz bunu yazırıq, saytımıza münasibət bildirmək yerinə başqa portalda özünü təriflədir.

Halbuki, Bərdə ictimaiyyətinin alqışını qazanmaq, bizim təşəkkürümüzü oxumaq istəyirdisə, qardaş ölkə restoranında xərclədiyi pulun az qismindən yuxarıda qeyd etdiyimiz kimsəsiz, xəstə, əlik qadına və övladına verə bilərdi.

Bax o zaman biz Təhsil Nazirliyinə Q.Ağayevin əməli saleh olması barədə məktub yazardıq, təşəkkür edərdik...

http://aia.az/index.php?newsid=25563&fbclid=IwAR1jNWRxPQIE2KET6C7dpE8OcB1OuoR1tBYKkLtD0HxF4ShanmdQpE6-JhU
(Reytinq:0)