intertv.az
intertv.az

Nurməhəmmədov və Makqreqor rinqdə yenidən üz-üzə gələcək

18-11-2018, 06:15 78 376 dəfə baxılıb

Nurməhəmmədov və Makqreqor rinqdə yenidən üz-üzə gələcək













Rusiyalı idmançı Həbib Nurməhəmmədov və irlandiyalı idmançı Konor Makqreqor rinqdə yenidən üz-üzə gələ bilər.
Bu barədə Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov məlumat verib. O, bildirib ki, döyüş boks qaydalarına uyğun keçirilə bilər.

“Konora qarşı döyüşün boks qaydaları üzrə keçirilməsinə gəlincə, belə döyüş bizim üçün maraqlıdır”, - deyə ata Nurməhəmmədov deyib.
Məşqçi əlavə edib:
“Həbib sübut etdi ki, əlbayaxa döyüşün ən güclü idmançılarına qalib gələ bilər. O, bunu əvvəl də deyirdi amma çox az adam buna inanırdı. Maykl Conson, P Edson Barboza və Konor üzərində qələbədən sonra ona inanmağa başladılar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA