Tarix : 5-11-2018, 06:32 | Bölmə: dunya |
Obamanın sabiq köməkçisi: ABŞ İranla sazişi pozduğu üçün peşman olacaq














ABŞ İranla nüvə sazişindən çıxdığı üçün çox peşman olacaq.

Oxu.Az xəbər verir ki, belə bir bəyanatla sabiq ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq üzrə keçmiş köməkçisi Robert Malli çıxış edib.

“Düşünürəm ki, administrasiya böyük səhvə yol verdi. Məqsəd nə olursa olsun, belə üsulla onu əldə etmək mümkünsüzdür”, – Malli deyib.

Onun fikrincə, sözügedən qərar təhlükəli presedent yaradacaq və xələflər razı olmadıqları təqdirdə Trampın qərarlarını dəyişəcəklər.

Həmçinin Malli hazırda İranın müəyyən üstünlüyə malik olduğunu düşünür:

“ABŞ və bütün dünya İrana qarşı deyil, İran və bütün dünya ABŞ-a qarşıdır. Halbuki, nüvə sazişi imzalana qədər vəziyyət məhz belə idi”.
(Reytinq:0)