Tarix : 19-10-2018, 06:26 | Bölmə: hadise, video |
Bakıda satıcının pulu və qızılları belə oğurlandı – VİDEO















Bakıda böyük ticarət mərkəzlərinin birində baş verən oğurluq anı kameralara düşüb. Oğlu və qızı ilə mağazaya alış-verişə gələn qadın satıcının qızıllarını və pulunu oğurlayıb.

Zərərçəkən Gülnar Ağamalıyevanın sözlərinə görə, portmanatın içərisində əziyyətlə topladığı pul və qızıl-zinət əşyaları olub.

Ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim “Xəzər Xəbər”ə bildirib ki, məsələdən xəbərdardılar. Oğurluq görüntüləri artıq polisə təqdim edilib. Hazırda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları şübhəlinin axtarışlarını davam etdirirlər. (“Xəzər Xəbər”)
(Reytinq:0)