Tarix : 10-10-2018, 07:19 | Bölmə: hadise |
Azərbaycana gətirilən erməni içkiləri məhv edildi — FOTO















Gömrük Komitəsi Azərbaycan ərazisinə keçirilərkən tutulan içində erməni araqları da olan xeyli malın məhvetməsini həyata keçirib.

Gömrük Komitəsindən Minval.İnfo-ya verilən məlumata görə, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan mallar yandırılıb.

Ümumilikdə 7835,7 litr alkoqollu və sərinləşdirici içkilər, 4235700 ədəd tütün məmulatı, 1621.8 kq qarışıq ərzaq məhsulları, 14479.65 kq müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2016-2018-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına yığılmışdı.

Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 27 litr spirtli içki də olub.

Xatırladaq ki, prosesdə Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib.

Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.

Azərbaycana gətirilən erməni içkiləri məhv edildi — FOTO
(Reytinq:0)