Tarix : 10-10-2018, 05:47 | Bölmə: iqtisadiyyat |
Azərbaycan nefti ucuzlaşır















CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 8-də 85,28 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,5 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 8-də 84,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 8-də 81,40 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 8-də 83,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.
(Reytinq:0)