Tarix : 8-10-2018, 05:37 | Bölmə: dunya |
İnterpol prezidenti istefa verdi














İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Menq Honqvey istefa verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin “Twitter” səhifəsinə yerləşdirilib.

“Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyinə cənab Menq Honqveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir”, – deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda BƏƏ-nin Dubay şəhərində keçiriləcək Baş Assambleyanın iclasında seçiləcək.

Qeyd edək ki, Menq Honqvey eyni zamanda Çinin İctimai Təhlükəsizlik nazirinin müavini olub. O, ötən ay ölkəsinə səfəri zamanı qanun pozuntularına görə həbs olunub. 2004-cü ildə İnterpolun Çin bölməsinin rəhbəri olmuş Honqvey 2016-cı ilin noyabrın 10-dan İnterpolun prezidenti idi.
(Reytinq:0)