intertv.az
intertv.az

Hava ilə bağlı sürücülərə — XƏBƏRDARLIQ

8-10-2018, 05:24 69 dəfə baxılıb

Hava ilə bağlı sürücülərə — XƏBƏRDARLIQ















Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
BNA-dan verilən xəbərə görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti – Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar”, – deyə xəbərdarlıqda bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA