intertv.az
intertv.az

Prezident İlham Əliyev 2 sərəncam imzaladı

27-09-2018, 06:00 86 dəfə baxılıb

Prezident İlham Əliyev 2 sərəncam imzaladı















Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edir:

1. “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev M.Q.Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA