intertv.az
intertv.az

Bakıda ilginc olay: “Sabirabad qarpızı, Kürdəmir yemişi” dedi, həbs olundu

22-09-2015, 13:31 117 dəfə baxılıb

Bakıda ilginc olay: “Sabirabad qarpızı, Kürdəmir yemişi” dedi, həbs olundu

















Dünən axşam radələrində Sabunçu bazarında qarpız, yemiş satan Elşad adlı şəxs Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin səbəbi isə çox ilgincdir. musavat.com-un məlumatına görə, satıcının orta yaşlı alıcı xanıma “Sabirabad qarpızı, Kürdəmir yemişi” deməsi onun saxlanmasına səbəb olub.
Qadın satıcının bu sözündən hirslənib. Məlum olub ki, qadın kürdəmirlidir. Alıcı qadın düşünüb ki, satıcı bunu bilərəkdən deyib. Daha sonra tərəflər arasında mübahisə yaranıb.
Yaxınlıqda olan PPX əməkdaşları qadına deyiblər ki, “şikayətçi ol, aparaq”. Qadın da şikayətçi olduğunu bildirib. PPX maşınına mindirilən qadın və satıcı Sabunçu Rayon polis idarəsinə aparılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA