intertv.az
intertv.az

FHN Nepaldakı Azərbaycan və Gürcüstan vətəndaşlarını Bakıya gətirir

30-04-2015, 20:55 120 dəfə baxılıb

FHN Nepaldakı Azərbaycan və Gürcüstan vətəndaşlarını Bakıya gətirir

Azərbaycan prezidentinin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən Nepaldan Azərbaycan və digər ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilir. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım uğurla ünvana çatdırılıb. Prezidentin göstərişinin icrasının davamı olaraq, həmin təyyarə Nepalda təbii fəlakət zonasından təxliyə edilmiş Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya çatdırılması üçün havaya qalxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA