Tarix : 14-09-2018, 07:01 | Bölmə: dunya |
Suriya ordusu İdlibdə hücuma keçdi















Suriya ordusu İdlib və Həma əyalətlərində genişmiqyaslı hücuma başlayıb.

Oxu.Az Al-Masdar News nəşrinə istinadən xəbər verir ki, Suriya ordusu Həmadakı Masasne kəndi yaxınlığında silahlıların mövqelərinə hücum edib.

Bildirilir ki, hökumət qüvvələri “Ceyş əl-İzza” müxalif qruplaşmasının xeyli döyşçüsünü məhv edib.

Əsəd qüvvələri həmçinin “Həyat Təhrir aş-Şam” qruplaşmasının mövqelərinə zərbələr endirib və nəticədə Abu-ed-Duhur hərbi aerodrumu istiqamətində irəliləyə bilib.

Rusiyalı hərbçilər hücumda iştirak etməyiblər.
(Reytinq:0)