Tarix : 14-09-2018, 06:35 | Bölmə: dunya |
Türk telekanalı erotik rəqslərə görə cərimələndi














Türkiyənin AS TV telekanalı Pink adlı müğənninin videoklipini nümayiş etdirdiyinə görə maliyyə sanksiyasına məruz qalıb.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyə Teleradio Yayımları Şurası klipdə homoseksual xarakterli erotik rəqs elementlərinin yer almasını əsas gətirərək telekanalı 17 min lirə (3000 dollar) cərimələyib.

Qurumun müvafiq qərarında göstərilir ki, klipin nümayiş olunduğu saatlarda uşaqlar və gənclər bunu görə və mənfi təsirə məruz qala bilərdilər.
(Reytinq:0)