intertv.az
intertv.az

Gələn ay Azərbaycanda yeni telekanal açılır

13-09-2018, 07:20 140 934 dəfə baxılıb

Gələn ay Azərbaycanda yeni telekanal açılır















Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.

Unikal.org xəbər verir ki, qurumun sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.

MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA