Tarix : 12-09-2018, 05:57 | Bölmə: iqtisadiyyat |
Bakıda mənzillər ucuzlaşıb














2018-ci ilin avqust ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.

“Ölkə.Az” xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1.57 faiz olub.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin stabil qaldığını qeyd edib.
Onun sözlərinə görə, mənzil bazarında qiymət azalması aktivliyin olmaması ilə bağlıdır: “Yay ayı olduğu üçün insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür”.

N.İbrahimov hesab edir ki, payız aylarında mənzil bazarında 6 faizə qədər bahalaşma ola bilər.
(Reytinq:0)