Tarix : 4-09-2018, 08:00 | Bölmə: gundem, bolge |
Qusar şəhər sakinindən prezidentə müraciət














Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına

Qusar şəhər sakini, Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə
yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci qrup əlil
Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
Əlaqə : 070 710 18 21


Müraciət



Hörmətli cənab prezident !

Neçə illərdir ki, Azərbaycan Respublikası prezdentinin sərəncamı ilə Qusar rayonuna əslən Qusardan olan, milliyətcə ləzgi sayılan həmyerlilərimiz icra başçı təyin edilərək göndərilir. Neçə illərdir ki, bu tendensiya davam etməkdədir.

Qusar rayonuna təyin edilmiş icra başçıları, həmyerlilərimiz çox vaxt Azərbaycan Respublikası prezdentinin etimadını doğrultmayaraq, rayon camaatının qayğıları, ehtiyacları, tələblərini nəzərə almadan, işsiz rayon camaatının işlə təmin edilməsi məqsədilə heç bir təşəbbüs göstətərmədən, rayona investisiya cəlb etmədən, rayon camaatı ilə təvəzökar davranmadan, ancaq öz bznesinin həcmini artırmaq niyyəti ilə can atan , savadsız, səriştəsiz, rayon camaatı arasında nüfuzu, hörməti, nüfuz qazanmaq bacarığı olmayan, təsadüfü, tamahkar adamlar vəzifə başına gələrək camaatın heç bir problemini həll etmək qabiliyyətinə malik olmurlar.

Hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov belə qabilliyətsiz, savadsız, səriştəsiz, rayon camaatı arasında heç bir nüfuzu olmayan, rayon camaatı ilə təvəzökar davranmayan, tamahkar icra başçılardan biri, daha doğrusu birincisidir.

Qusar RİHB-sı Şair Alxasov, Qusar rayonun 1992-1993-cü illərdə Samur qəsəbəsi ərazisində əzab, əziyyətlə, küllü miqdarda vəsait xərcləməklə tikdiyim yaşayış evimi 02.06.2010-cu ildə məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, heç bir əsas-səbəb olmadan, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən alma niyyətilə, İH-in əməkdaşları Şahid Fərəməzov, Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Mustafayevin rəhbərliyi ilə ekskavatorla sökdürməklə, bütün əmlakımı qəsdən məhv etməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmaqla cinayət tərkibli hərəkət etmişdir.

Hörmətli cənab prezdent

Bizə, Şair Alxasov və yuxarıda qeyd etdiyim, rayon camaatın heç bir problemini həll etməyən, rayon camaatı ilə təvəzökar davranmayan, rayonun işsiz camaatını işlə təmin etmək məqsədilə rayona investisiya cəlb etmək bacarığı, qabiliyyəti olmayan vəzifəlli şəxslər lazım deyildir.

Qusar sakini kimi hesab edirəm ki, köhnə tendensiyanı təzə, müasir tendensiya ilə əvəzləmək vaxtı çoxdan çatmışdır

Hesab edirəm ki, Qusar RİHB-sı vəzifəsinə ancaq Qusardan olan, milliyətcə ləzgi sayılan vətəndaşlar yox, Azərbaycan Respublikasında yaşayan, vətəndaşlığı olan, Azərbaycan Respublikası prezdentinin etimadını doğrulda, rayon camaaı arasında nüfuz qazana biləcək hər bir vətəndaş təyin edilə bilər.

Qusar rayon sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.
(Reytinq:0)