intertv.az
intertv.az

Azərbaycanlı müğənni meydan oxudu: “Bununla bitməyəcək” – VİDEO

31-08-2018, 05:20 79 dəfə baxılıb

Azərbaycanlı müğənni meydan oxudu: “Bununla bitməyəcək” – VİDEO














Gənc müğənni Cahanın ilk klip təqdimatı baş tutub.

Beynəlxalq Mətbuat Mərkəzində baş tutan təqdimatda müğənni “Uğurlar” adlı mahnısına çəkilən klipi nümayiş etdirib.

Sözləri Mehman Əhmədlinin, musiqisi isə Tunar Rəhmanoğlunun olan mahnıya klipi rejissor Şəhriyar Zeyni çəkib.

Cahan klip haqda danışarkən bildirib ki, bu, hələ başlanğıcdır: “Yeni-yeni işlərimizlə şou-biznes bazarına fırtına kimi girəcəyik. Bu sənətdə yeni olmağıma baxmayaraq, əmin ola bilərsiniz ki, qısa zamanda bir çoxlarını qabaqlayıb, öz layiq olduğum yeri tutacağam. Bununla bitməyəcək. Bir müddət sonra maraqlı layihələrlə sizin görüşünüzə gələcəyəm”.

Qeyd edək ki, təqdimatda Cahanın sənət dostları və media nümayəndələri iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA