Tarix : 21-08-2018, 10:16 | Bölmə: gundem, siyaset |
Əbülfəz Məlikov çətin durumda - Səfər Mehdiyevlə ortaqlıq etməsi...















Gömrüyün keçmiş krllarından olan, sabiq broker Əbülfəz Məlikov "yuxarıların" qəzəbinə tuşgəlib. Bu barədə bilgili mənbələr xəbər verib.

Məlumatı verən qaynaq iddia edir ki, Əbülfəz Məlikovun son zamanlar Dövlət Gömrük Komitəsinin sədrinə güvənərək bir sıra şübhəli fəaliyyətdə bulunması onu dünənə qədər himayə edən dairələrin heç də ürəyincə olmayıb.

Mənbənin söylədikləri: "Söhbət Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdan gedir. Əbülfəz Məlikov onun mallarını sataraq, onun sayəsində bu mərtəbəyə gəlib və hələ də onun adamı kimi tanınır. İndi isə FHN şefi ilə yollarını ayırmış kimi görünən Səfər Mehdiyevlə ortaq layihələrdə görünür. Bu da ki, yaxşı nəticə verə bilməz".

Mənbə iddia edir ki, əslində Səfər Mehdiyev FHN şefinə asi olacaq qədərində böyük fiqur deyil: "Amma görüntülər var və bu da müəyyən şübhələr yaradır. İndi bu əsnada da Əbülfəz Məlikovun fərqli ab-havada meydana çıxması onun özünü hədəfə gətirib".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Bütün tərəfləri dinləməyə hazırıq.
(Reytinq:0)