intertv.az
intertv.az

"Mətanət videonu çəkənin anasına dedi ki, biz sənin qarşında diz çökürük" — Manaf Ağayev

21-08-2018, 09:23 59 dəfə baxılıb

"Mətanət videonu çəkənin anasına dedi ki, biz sənin qarşında diz çökürük" — Manaf Ağayev















Tanınmış müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi “razborka”ya çağırması barədə yazılanlara aydınlıq gətirib.
Müğənni əməkdaşıyla söhbətində bildirib ki, "Hər şey daxil" verilişinə telefon bağlantısıyla qoşularaq dediyi sözlər yanlış anlaşılıb:

"Həmin şəxsin kim olduğunu araşdırdıq. Məlum oldu ki, şəhid qardaşıdır. Onun telefonundan həmin videonu kimsə götürüb yayıb. Sonra anası, atası, qardaşı, özü dedi ki, Mətanət xanım, qarşınızda diz çökürəm. Mətanət də dedi ki, ay ana, biz sənin qarşında diz çökürük. Çünki sən şəhid anasısan. Söhbət belə olub. Amma orda kimisə vurmaq, diz çökdürmək söhbəti olmayıb. Sadəcə, özləri dedilər ki, qarşında diz çökürük".
Qeyd edək ki, məclislərin birində müğənni Mətanət Əsədovanın spirtli içki içərkən çəkilən videosu sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Əsədova isə mətbuata açıqlamasında limon suyu içdiyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA