Tarix : 17-08-2018, 09:58 | Bölmə: gundem, bolge |
Ağdaş təhsili nədən inkişaf etmir? - Ana oğulun biznesinə dəstək olursa...
















Ağdaş Təhsili çökmək üzrədir.Qəbul imtahanları 0% digər göstəricilər isə ondanda pis vəziyyətdədir.

Ağdaş rayon sakinləri Xəbəral.az saytına bildirdilər ki,demək olar rayon "təhsil şefi" təhsilin inkişafına göstəricilərin yüksək olmasına çalışmaqdansa oğlu Rəhman Cəfərlinin şəxsi gəlir mənbəyi sayılan "Dilək"kurslarının inkişafına ciddi maraq göstərməkdədir.

Ağdaş Təhsil şöbəsinin müdiri Hürü Əliyeva Təhsil Nazirliyindəki yüksək post tutan adamına arxayın olub kütləvi pul yığımları,məktəb direktorlarından maaş kartlarının tələbi, fond pulları,hər bir uşaqdan 3+5 manatdan aylıq müxtəlif işlər adından yığılan məbləğlər həm valideyinləri həm də rayon ziyalılarının ciddi narazılığına səbəb olur.

Dəfələrlə Mətbuta və Təhsil Nazirliyinə şikayətlər yazılı və şifahi məlumatlar verilsə də buna baxmayaraq Hürü Əliyeva və oğlu Rəhman Cəfərli Ağdaş Təhsilini özlərinə məxsus idarəçiliklə davam etdirirlər.Ağdaş əhalisi onu da bildirdilər ki, dəfələrlə Hürü Əliyevanın Ağdaş təhsilini bazara çevirməsi barədə rayon icra başçısı Tofiq müəllimə şikayətlər etsələr də rayon rəhbəri Hürü Əliyevanın özbaşnalığına göz yummaqdadır ya da ki, aciz qalıb.

Mənbəmiz onu da bildirdi ki,rayon ziyalılarının dediklərinə görə kim ki Ağdaş Təhsilindən harasa şikayət edir Hürü Əliyevanın oğlu Rəhman Cəfərli dərhal həmin adamı tapıb hədə qorxu ilə cəzalandırır.Bu yaxında da məhz bununla bağlı mətbuatda mütamadi yazılar dərc olunmuşdur.Buna misal olaraq Murad adlı gənc jurnalist Ağdaş təhsilinin özbaşınalığından yazı dərc etdiyinə görə telefonla(Vatsapda) ölümlə hədələnib amma nədənsə sonralar bu yazılar mətbuatdan yığışdırılıb.

Bir sözlə Ağdaş Təhsili korrupsiyadan boğulur bu boğulmadan şikayət edənlər qanunsuz yolla (qol və pul gücünə)başa salınır.Biz də Xəbəral.az saytı olaraq Ağdaş rayon Təhsilində olan özbaşınalıqları sizlərin və Təhsil Nazirliyinin nəzərinə çatdırmağı özümizə borc bildik.Bizə elə gəlir ki,bu yazımızdan sonra Təhsil Nazirliyi,Maliyyə Nazirliyi və digər aidiyyatı qurumlar hərəkətə keçib lazımı tədbirlər görəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq...
(Reytinq:0)