intertv.az
intertv.az

Forum iştirakçılarına prezident adından ziyafət verildi

29-04-2015, 09:41 148 dəfə baxılıb

Forum iştirakçılarına prezident adından ziyafət verildi

Aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Ziyafətdə çıxış edən Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Forumun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edib.
Xanım Vayra Vike-Freyberqa tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar III Qlobal Bakı Forumunun iştirakçılarının təşəkkürlərinin ifadə olunduğu xatirə kitabını dövlət başçısına hədiyyə edib.

Prezident İlham Əliyev ziyafətdə çıxış edib. Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini və Mərkəzin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərildiyini deyib. Azərbaycan prezidenti dəyişən və qloballaşan dünyada təcrübə və biliyə hər zaman ehtiyac olduğunu vurğulayaraq, məhz bu baxımdan III Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev bu il Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyini xatırladaraq, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisənin baş verdiyini - birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığını bildirib.

Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Dövlət başçısı III Qlobal Bakı Forumunun iştirakçılarını ilk Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA