Tarix : 14-08-2018, 09:26 | Bölmə: gundem, bolge |
DƏHŞƏT: Arzu Rəhimovun Cəlilabadakı numayəndəsi ŞƏHİDLƏRƏ hörmətsizlik, valideyinlərinə isə sarsıdıcı zərbə vurub...







Qaynarxett.az-a daxil olan şikayət məktubunu oldugu kimi oxucuların nəzərinə catdırırıq:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik Asəf Əhmədov Şəhid ailələrinə sarsıdıcı zərbə vurur. Bundan öncə Hərbi Komisarlığda şəhidlərin adına ucaldılan lövhədə Cəlilabad rayon şəhidlərinin şəkilləri əks olunurdusa, Asəf Əhmədov Kamisarlığa təyin ediləndən sonra Şəhidlərə məxsus olan vətənpərvərlik lövhəsi yığışdırılaraq, şəhidlər arasında ayrı seçkiliyə yol verib. Rayon üzrə cəmi beş şəhidin şəklini lövhəyə vurub. Hərbi Kamisarlığa gələn şəhid valideyinləri isə bu mənzərəni görəndə təbi ki, Asəf İsmayilovun digər şəhidlərimizə ögəy münasibətini hiss edib, mənəvi sarsıntı keçirirlər. Mən bir Şəhid qardaşı Hüseynov Murad Əli oğlu olarq Asəf İsmayılovun bu əməlini qətiyyətlə pisləyirəm. Asəf İsmayılova sual edirəm: Siz deyə bilərsinizmi, sizin rayon üzrə seçim edib lövhəyə asdığınız şəhidlərdən o biri şəhid oğullarmızın nəyi əskik olub? Bu hərəkət birbaşa şəhid ruhunun təhqir olunmasıdır. Hesab edirəm ki, biz şəhid ailələrinin aidiatı qurumlara ünvanlyacağımız müraciətimiz yəqin ki, bu hərəkətə yol verən şəxslər üçün çox ağır başa gələcək."
(Reytinq:0)