intertv.az
intertv.az

Zakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi — FOTO

5-08-2018, 08:50 38 dəfə baxılıb

Zakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi — FOTO














Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Avqustun 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov HHQ-nin cəbhəboyu zonada yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.
Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri döyüş hazırlığının səviyyəsinin daha da artırılması ilə bağlı komandanlığa konkret tapşırıqlar verib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib.

Zakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi — FOTOZakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi — FOTOZakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi — FOTOZakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi — FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA