Tarix : 1-08-2018, 07:17 | Bölmə: hadise |
Heydər Camalın oğlu Afrikada qətlə yetirildi















Məşhur filosof, azərbaycanlı politoloq, yazıçı-şair Heydər Camalın oğlu jurnalist Orxan Camal qətlə yetirilib.
Hadisə Mərkəzi Afrika Respublikasında baş verib. “Dojd” telekanalının yaydığı məlumata görə, onunla bərabər operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev də öldürülüb.

Belə ki, üçlük “Vaqner” hərbi şirkəti haqqında sənədli film üzərində işləyirmiş. Mənbənin bildirdiyinə görə, onlar nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Onlar Banqi respublikasından Bombariyə gedirmişlər. Bundan sonra baş verənlər isə bilinmir.
Çəkiliş heyətinin öldürülməsi faktını BMT-nin Afrikadakı missiyası və yerli dövlət qulluqçuları da təsdiqləyiblər.
(Reytinq:0)