intertv.az
intertv.az

15 yaşlı uşaq adam öldürdü - YENİLƏNİB - TƏFƏRRÜAT

17-04-2015, 15:33 327 dəfə baxılıb

 15 yaşlı uşaq adam öldürdü - YENİLƏNİB - TƏFƏRRÜAT


12:29

Bakıda 15 yaşlı uşaq qaçırdığı avtomobillə qəza törədib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 18 radələrində, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakinləri - 2000-ci il təvəllüdlü Kamran Həmzə oğlu Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb.

O, idarə etdiyi avtomobillə 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub və idarəetməni itirərək maneəyə dəyib. Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov, A.Vahidov və T.Seyidov 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olublar. T.Seyidov orada ölüb, digərlərinin vəziyyətləri ağırdır.

Fakt Sabunçu RPİ 14-cü PB tərəfindən araşdırılır.

----------
08:58

Ötən gecə paytaxtın Sabunçu rayonunda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. İçində 4 nəfərin olduğu yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı hasara çırpıb.

Divara çırpılan avtomobil daha sonra 2 yeniyetməni vurub. Onların hər ikisi elə hadisə yerində dünyasını dəyişib. Maşında olan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılar dərhal əməliyyat olunublar.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Qəza törədən sürücü 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA