Tarix : 31-07-2018, 07:17 | Bölmə: hadise |
Azərbaycanda qandonduran hadisə — Azyaşlı qızları zorladı, çılpaq fotolarını çəkdi və ...














Azyaşlı qızları zorlayan, seksual xarakterli hərəkətlər edən, 14 il azadlıqdan məhrum edilən 30 yaşlı oğlan cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Ölkə.az" xəbər verir ki, cinayət işində Gəncə şəhər sakini Abdurəhmanova Məryəm Samir qızı zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Ramin Ziyəddin oğlu Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ramin Həmzəyev daha öncə də zorlama ittihamı üzrə məhkum olunub. O, 2012-ci ildə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib. Həmin il Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İlk məhkumluq

Gəncə Apelyasiya Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Ramin Həmzəyevin cəzası 1 il 6 aya endirilib. 1 il 6 ay həbsxanada cəza çəkən Ramin Həmzəyev azadlığa çıxıb. O, azadlığa çıxandan sonra yenə də zorlama və seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Ramin Həmzəyev 4 dekabr 2014-cü il tarixdə 2000-ci il təvəllüdlü Abdurəhmanova Məryəm Samir qızına qarşı seksual xarakterli hərəkətlər edib. O, Məryəm Abdurəhmanovanın köməksiz vəziyyətindən istifadə etməklə, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ramin Həmzəyev daha sonra azyaşlı qıza qarşı fiziki zor göstərməklə, onunla zorla cinsi əlaqədə olub.

Həbsdən çıxdı, azyaşlını zorladı

Ramin Həmzəyev həmin gün Məryəm Abdurəhmanovadan əl çəkməyib. O, 10 nömrəli tam orta məktəbində təhsil alan Məryəm Abdurəhmanova ilə yenidən görüşüb. O, Məryəmi 4 dekabr 2014-cü ildə, saat 14 radələrində onu gəzintiyə aparacağı adı ilə aldadaraq, idarə etdiyi "Lada Priora” markalı avtomobilə mindirib və istintaqa məlum olmayan kimsəsiz yerə aparıb.

Ramin Həmzəyev orada avtomaşını saxlayaraq Məryəm Abdurəhmanovanaya hədə-qorxu gəlib, zorla onunla cinsi əlaqədə olub. Daha sonra Ramin Həmzəyev Məryəm Abdurəhmanovaya qarşı əxlaqsızlıq hərəkətləri edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. 2015-ci ilin martənda yenidən Məryəm Abdurəhmanovaya zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.

Bundan əlavə Ramin Həmzəyev martın sonlarında Məryəm Abdurəhmanovanı aldadaraq idarə etdiyi "Lada Priora” markalı avtomobilə mindirib və Gəncə şəhəri, Avtozavod yolu deyilən ərazidə yerləşən özünün işlədiyi dülgər sexinə aparıb. Orada Ramin Həmzəyev Məryəm Abdurəhmanovaya qarşı seksual xarakterli hərəkətlər edib. O, Məryəmə qarşı ən iyrənc formada seksual hərəkətlər edib. Ramin Həmzəyev qıza qarşı əxlaqsızlıq hərəkətlər etdikdən sonra əvvəlcə onunla qeyri-təbii yolla, daha sonra isə təbii yolla cinsi əlaqədə olaraq, ona qarşı zorakılıq göstərib.

Təcavüzə məruz qalan qızın intihar cəhdi

Ramin Həmzəyev tərəfindən zorlanan və iyrənc seksual hərəkətlərə məruz qalan Məryəm Abdurəhmanovanın psixoloji durumu pozulub. Buna görə də Məryəm Abdurəhmanova özünü öldürmək üçün zəhər qəbul edib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Məryəm Abdurəhmanova üzləşdiyi çirkin əməllər barədə ailəsinə bir söz deməyib. O, evdən qaçıb. Polis tərəfindən tapılan azyaşlı ifadəsində Ramin Həmzəyev tərəfindən zorlandığını bildirib. Bundan sonra Məryəm Abdurəhmanovanın ailəsi bu bibarçılığa dözməyərək evlərini sataraq başqa yerə köçüblər.

Ramin Həmzəyev çirkin əməllərini başqa qızlara qarşı da davam etdirib. O, 2015-ci ilin fevralında 1994-cü il təvəllüdlü Səbinə Vəliyevaya qarşı zorakılıq edib. O, Səbinə Vəliyevanı hədələyərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ramin 26 fevral 2015-ci ildə Səbinə Vəliyevanı öldürəcəyi ilə hədələyərək ona qarşı zor tətbiq edib. Ramin Həmzəyev Səbinəni döyərək sağlamlığına xəsarət yetirib. Daha sonra zorla onunla cinsi əlaqədə olub. O, Səbinə Vəliyeva ilə ayrı-ayrı vaxtlarda iki dəfə cinsi əlaqədə olub.

Ramin Həmzəyev 2015-ci ilin fevralında Səbinə Vəliyeva ilə evlənəcəyini vəd edib. O, gəzmək adı ilə Səbinə Vəliyevanı Gəncə şəhərində kirayədə yaşadığı evə gətirib. Ramin Həmzəyev Səbinə Vəliyevanı evə gətirəndən sonra yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Şəkillərini sosial şəbəkədə yaymaq hədəsi

Bundan bir neçə gün sonra Ramin Həmzəyev Səbinə Vəliyeva ilə danışıb. Ona bildirib ki, bir neçə gün əvvəl onu soyunduraraq seksual xarakterli zorakılıq hərəkətləri edərkən, çılpaq fotolarını çəkib. Ramin Həmzəyev Səbinəni onunla görüşməkdən imtina edəcəyi təqdirdə həmin fotoları valideynlərinə və yaxın qohumlarına göstərəcəyini, həmçinin sosial şəbəkədə yayacağı ilə hədələyib. Ramin Həmzəyev Səbinə Vəliyevaya qarşı seksual xarakterli hərəkətlər edən zaman çəkdiyi fotonu "Whatsapp” səhifəsində profil şəkili kimi istifadə edərək qadına təzyiq göstərib.

Daha sonra Ramin Həmzəyev Səbinəni oyuncaq silahla hədələyərək, onu yenidən idarə etdiyi "Lada Priora” markalı avtomobilə mindirib, Gəncə şəhərindəki evə aparıb. O, Səbinə Vəliyevaya qarşı əxlaqsızlıq hərəkətlər edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ramin Həmzəyev fevralın 26-də, saat 11 radələrində Səbinə Vəliyevaya onunla görüşməkdən imtina edəcəyi halda, çılpaq fotolarını sosial şəbəkədə paylaşacağını deyərək onu Gəncədəki evə aparıb və orada yenidən təcavüz edib.

4 maddəli cinayət işi və 14 il cəza

Ramin Həmzəyevə qarşı Cinayət Məcəlləsinin 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla zorlama), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham verilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramin Həmzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
(Reytinq:0)