Tarix : 26-07-2018, 08:01 | Bölmə: gundem, siyaset |
«HACI HIKMƏT» HƏKIM HANSI SISTEMIN ALTINDA VƏ KIMIN QOLLARI ÜSTÜNDƏ MÜALICƏ OLUNUR?















Rəhmətlik enrgetika naziri Natiq Əliyevi ölümün caynağından qurtara bilməyən və həmin hadisədən dolayı ətrafında qalmaqallar səngiməyən Mərkəzi Neftçilər Xəstəxanasının sükanı kənar adama deyil, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənova etibar ediləndən sonra təzə baş direktora veriləsi bəzi suallarımız toparlanmışdı. İki gün əvvəl Hikmət həkimə zəng edib suallarımızı cavablandırmasını xahiş etdik. Hörmətli baş direktor bildirdi ki, məzuniyyətdədir, 40 gündən sonra işə çıxacaq. Dedi ki, xəstədir, sistem altındadır. Odur ki, bizim suallarımıza cavab verə bilməyəcək.
Deyirlər, yalanın və bir də unutmuşuq nəyinsə… ömrü 40 gün çəkər. Amma Əlahəzrət Təsadüf onun yalanının üstünün açılması üçün 40 gün möhlət vermədi. Telefon danışığımızın üstündən heç 10 dəqiqə ötməmiş Hikmət doktorun telefonundan bu sətirlərin müəllifinin nömrəsinə, yəni Dəryaz qəzetinin redaksiyasına mesaj gəldi.

Baxıb görsəm nə olsa yaxşıdı — sevgi mesajı.

Həmin mesajı olduğu kimi dərc edirik.

«HACI HIKMƏT» HƏKIM HANSI SISTEMIN ALTINDA VƏ KIMIN QOLLARI ÜSTÜNDƏ MÜALICƏ OLUNUR?





Demək belə, Hikmət doktor çaşıb Dəryazı sevgilisi ilə səhv salıb. Bu ahıl vaxtında, namaz qılan, özü də müqəddəs ziyarətgahlarda ibadət edən bir şəxs üçün bu addım ən azından ərəb demişkən, QƏLƏTdir. Özünə zəng eib sevgi mesajını səhv göndərdiyini, bu»qələt»ini düzəltməyini, «qızın» gözünü yolda qoymamağı demək istəsək də, telefonu götürmədi.
Xəstəxanaya zəng edib həkimin necə insan olduğunu soruşduq. Dedilər: «Nə danışırsınız? Həci bütün günü bizi gözümçıxdıya salıb ki, ədəb — ərkanlı olun». Mesajın özünə gəlincə, hələ də köhnə kiril əlifbasından istifadə olunmaqla tərtib olunub. İstər — istəməz düşünürsən ki, belə birisi məhz kiminsə havadarlığı sayəsində irəli çəkilib.
Belə çıxır ki, doktor Həsənovun harası xəstə olduğunu bilməsək də müşahidə etdik ki,, bir o sevgi mesajı yazan yeri salamatdı. Neylək, təki elə olsun. Keşkə durumu yaxşı olsun. Əmma şikayətlənməsin ki, sistem altındadır. Desin ki, kiminsə qolları üstündədir.

Belə yerdə deyirlər, Allah qüvvət versin!..(ürəyinizə)

P.S. Hikmət həkimin mobil telefonuna bu gün yenidən zəng edib, münasibətini öyrənmək istədik. Dedi ki, «mən məzuniyyətdəyəm, özü də Azərbaycanda deyiləm». Beş dəqiqədən sonra yenidən xəstəxanaya zəng edib həkimin işə gəlib-gəlməməsini soruşduq. Dedilər ki, Hikmət həkim işdə idi, elə yarım saat əvvəl getdi.
Mövzunu davam etdirəcəyik.
Bəs görəsən Hikmət Həsənova etimad göstərib onu bu vəzifəyə təyin edən «ağsaqqalın» və Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin 70 yaşlı kadrının yeni eşqə düşməyindən xəbəri varmı?
Görəsən bu»gəncin» elçiliyində ağsaqqallar da iştirak edəcəkmi?
Ancaq bu 40 gün məsələsi bizi yaman çaş- baş saldı.Niyə məhz 45 gün yox, 40 gün! Axı məzuniyyət 45 gün olur.
Bəlkə ağsaqqal 40 gündən sonra ad qoydu filan etmək istəyir?…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
(Reytinq:0)