intertv.az
intertv.az

Kürdəmirdə 14 yaşlı yeniyetmə qətlə yetirilib

9-09-2015, 16:15 145 dəfə baxılıb

Kürdəmirdə 14 yaşlı yeniyetmə qətlə yetirilib




















Cinayət işi başlanıb

Kürdəmir rayonunda dəhşətli qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hadisənin kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ərəbqubalıkənd sakini, 14 yaşlı Babayev İzzət Münasib oğlunun meyiti dünən axşam saatlarında su kanalının yaxınlığında tapılıb. İlkin müayinə nəticəsində yeniyetmənin ağzına dəsmal basılaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA