intertv.az
intertv.az

“Bandotdel” Bakıda qumarxana aşkarladı - VİDEO

3-09-2015, 11:05 122 dəfə baxılıb

“Bandotdel” Bakıda qumarxana aşkarladı - VİDEO






















Əməliyyat keçirilib

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər.

ANS TV xəbər verir ki, Xətai rayonu, Zığ yolu, 15 ünvanında fəaliyyət göstərən kafedə qumar oyunlarının təşkil edilməsi bildirilib.

Keçirilən əməliyyat tədbiri nəticəsində iaşə obyektini icarə əsasında işlədən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb.

Dindirilmə zamanı adıçəkilən şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

“10 gün bundan öncə Zığ yolu 15 ünvanında dostum Zəmanətlə iaşə obyektini kirayə götürdüm. Obyekti təmir edib işləməyə başladıq. Məhəllə uşaqları kafeyə gələrək arxa otaqda qumar oynayıblar” , - deyə saxlanılan şəxs Süleyman Vəliyev bildirib.

Baxış zamanı obyektdən “poker” oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.

Məlum olan faktla bağlı başlanılan araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA