Tarix : 10-07-2018, 11:07 | Bölmə: gundem, siyaset |
SHXÇDX-də Arzu Rəhimov ÇETESİ: DÖVLƏTƏ SİYASİ XƏYANƏTDƏN SAXTAKARLIĞADƏK















Son vaxtlar dövlət başçısının etimad göstərib vəzifəyə təyin etdiyi məmurların vəzifə başına keçəndən sonra rəhbərlik edəcəyi qruma şəxsi təsərrüfatı kimi baxması şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması sonda acı təsüratla xatırlanır. Haqlı olaraq dövlət başçısı keçirdiyi geniş müzakirələrdə bu cür məmurları mütəmadi olaraq danlayıb, vəzifəsinə ləyaqətlə yanaşmasını tapşırıb. Lakin bundan bəziləri ibrət götürərək işində dönüş yaradıb, ona göstərilmiş etimada ləyaqətli işi ilə cavab verib. Amma bəziləri öz nəfislərinin ucbatından daha böyük və kobud səhvlərə yol verərək faciələrə yol açan əməllərə sahib olub. Belələrinə misal SHXÇDX-nin rəisi General-leytenant Arzu Rəhimovu göstərmək olar. Arzu Rəhimov vəzifə başına gələndən peşəkar hərbiçiləri sərəncama göndərmək adı ilə işdən uzaqlaşdırır. Özünə yaxınlığı, tanışlığı ilə tanınanları yüksək vəzifələrə təyin edir. Nəticədə böyük bir qurum şəxsi təsərrüfata çevrilir. Belə olmasaydı SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimov gənclərin hərbi xidmətə müstəsna xidmətləri və gözəl ənənələri olan hamımızın “DOSSAF” kimi tanıdığı quruma NM-də xidmətə uyğunsuzluğa görə işdən çıxarılmış Rəşad Kazımovu gətirməzdi. İndi Rəşad Kazımov vasitəsi ilə SHXÇDX-nin vəsaiti hesabına alınan yanacaq və sürtü marteriallarına yanacaq doldurma məntəqələrində satdırır. AXCP-nin sədri Əli Kərimli ilə sıcaq münasibətdə olan Emin Həsənlini qrumun kadrlar şöbəsinə rəis təyin etməklə bütün qaranlıq işləri qurumda yaranan narazılıqları onun vasitəsi ilə törədir. Arzu Rəhimov SHXÇDX-nə rəis gələn kimi 450 nəfər mülki işçi işdən çıxarılıb. Arzu Rəhimovun oğlunun hərbi xidmətdən yayınmasını söyləyən narazılar vurğuladılar ki, adı hərbi xidmət keçmədə olan general oğlu yol nəqliyyat hadisəsi törədir. Ölüm işi baş verir.Tez tələsik bu hadisəni hansısa moişikin üstünə atdılar.Hətta general oğlunun adı hərbi xidmət keçmədə ola-ola qonşu Gürcüstan Respublikasına keçib. Orada kazinolarda digər eyiş-işlət məkanlarda olmasına dair əllərində təkzib edilməz faktlar olduğunu söyləyən narazılar əlavə olaraq bunları söylədi. General-leytenat Arzu Rəhimov özü Rus ordusundan xidmətə yararsızlığa görə qovulur. Lakin Azərbaycana dönən Arzu Rəhimov himayəçilər vasitəsi ilə Sərhəd Qoşunlarında işə düzəlir. Füzuli şçəhərində yerləşən Sərhəd Qoşunlarına xidmətə keçir. Burada pis əməllərinə görə “at oğrusu” kimi ad çıxarır. Dövlət başçısının göstərdiyi bu gün qara əməllərini davam etdirməklə doğrultmayan general-leytenant Arzu

Rəhimov SHXÇDX-nə öz yarıtmaz əməlləri ilə idarə edib. Qrumu insanların gözündən salıb. Burada qara yollarla qazandığı pullarla topladağılmaz villalar, mülklər eyiş-işlər dəbdəbəli həyat qurur. Bütün bunlar peşəkarların qurumdan uzaqlaşdırılması hesabına başa gəldiyini vurğulayan narazılıqlar hələ çox mətləblərin üstünə gələcəyinə çox qaranlıq məqamların üstünə işıq salıb, aydınlaşdıracaqlarını söz verdi. Bizi də mətbu orqan olaraq bir məsələ maraqlandırırdı. Görəsən öz hüquqları uğrunda mübarizə aparıb, səsini dövlət başçısı Ali Baş Komandan çatdırılmasını istəyən illərlə sərəncamda gözləyən, vətəninə, elinə qəlbən bağlı olan məcburi köçkün peşəkar zabit Anar İsmayılovun və bu gün onun müdafiəsinə qalxan Anar kimi sərəncana göndərilən narazı zabitlərin haqq işinə dəstək verən olacaqmı..?

Bu inam və ümidlə bizdə Anar İsmayılovda və onu dəstəkləyən narazılara tribuna verməklə səslərini Ali Baş Komanadan çatdıracağımıza əminik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
(Reytinq:1)