Tarix : 10-07-2018, 07:24 | Bölmə: dunya |
Ərdoğan and içdi — Andiçmə mətni















Andiçmədən sonra Ərdoğandan ilk açıqlama “Xeyirli-uğurlu olsun” cümləsi olub.
Ərdoğanın andiçmə mətni:

“Prezident kimi dövlətin mövcudluğu və müstəqilliyini, vətənin və millətin bölünməz bütünlüyünü, millətin qeydsiz-şərtsiz suverenliyini qoruyacağıma, Konstitusiyaya, hüququn üstünlüyünə, demokratiyaya, Atatürkün müddəaları və inqilablarına, laiq respublika müddəasına bağlı qalacağıma, millətin sabitlik və rifahı, milli birlik və ədalət anlayışı içində hər kəsin insan haqlarından və azadlıqdan yararlanmasından ayrılmayacağıma, Türkiyə Respublikasının şan və şərəfini qorumaq, ucaltmaq və üzərimə götürdüyüm vəzifəni tərəfsiz şəkildə icra etmək üçün bütün gücümlə işləyəcəyimə böyük türk milləti və tarix qarşısında namusum və şərəfim üzərinə and içirəm”.
***

Türkiyə yeni sistemə keçir.
(Reytinq:0)