Tarix : 9-07-2018, 06:51 | Bölmə: dunya |
Baş nazir özünü öldürmək istəyən şəxsi XİLAS ETDİ - TƏSİRLİ GÖRÜNTÜLƏR - VİDEO















Türkiyənin sonuncu Baş Naziri Binəli Yıldırım 15 iyun körpüsündən keçərkən intihara cəhd edən vətəndaşı bu fikrindən vaz keçirib

Teleqraf.com.az xəbər verir ki, baş nazir xidməti avtomobilini körpüdə dayandıraraq intihara cəhd edən şəxslə söhbət edib.

Baş nazir intihara cəhd edən şəxsə su və təsəlli verib. Daha sonra intihar etmək istəyən şəxsi avtomobilinə əyləşdirərək mədəniyyət və turizm naziri Numan Qurtuluşun qızının toy mərasiminə aparıb. Avtomobildə vətəndaşla baş nazir arasında başlayan söhbət toy mərasimində də davam edib.
(Reytinq:0)