Tarix : 7-07-2018, 06:51 | Bölmə: idman |
Belçika beşqat dünya çempionunu turnirdən kənarlaşdırdı














Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu baş tutub.
Belçika komandası Braziliya millisi ilə üz-üzə gəlib. Kazanda baş tutan qarşılaşma belçikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 13-cü dəqiqədə Fernandinyo öz qapısına vurub və Belçika 1-0 hesabı ilə önə çıxıb. Görüşün 31-ci dəqiqəsində Kevin De Bruyne hesabı 2-0 edib. Braziliya bu qollardan yalnız brinin əvəzini çıxa bilib. 76-cı dəqiqədə Renato Auqustonun qolu ilə matçın hesabı bəlli olub.
Bununla da yarımfinalın ilk cütlüyü məlum olub: Fransa - Belçika.
(Reytinq:0)