intertv.az
intertv.az

ABŞ əsas planı işə salır: BÖHRANIN İKİNCİ DALĞASI GƏLİR

1-09-2015, 11:24 163 dəfə baxılıb

ABŞ əsas planı işə salır: BÖHRANIN İKİNCİ DALĞASI GƏLİR

















Ağ Ev Rusiya ilə yanaşı, Azərbaycan, Qazaxıstan və digər dövlətləri də deflota sürükləmək üçün çalışır

Rusiyanın Ukrayna ilə müharibəyə başlaması, Krımı işğal etməsi, ardından Donbas və digər şəhərləri ələ keçirməsindən sonra Qərblə Kreml arasında açıq iqtisadi savaş başlayıb. Hadisələrin ardından Qərbin tətbiq etdiyi sanksiyaların Rusiyaya vurduğu milyardlarla zərərin qarşısında Moskva duruş gətirsə də, bunun uzun müddət davam edəcəyi proqnozlaşdırılmır.

Dünya bazarında neftin qiymətinin düşməsi, Qərbin alternativ enerji mənbələrinə baş vurması, hətta Afrika bazarlarını belə mənimsəmək üçün addımlar atdığı sirr deyil. Üstəlik, Avropa və ABŞ-ı çıxmaq şərti ilə dünyanın əksər ölkələrində iqtisadi böhranın fəsadları üzə çıxır, yerli hökumətlərin bir çoxu duruş gətirə bilmirlər. Hətta Çin kimi nəhəng dövlət özünün birjalarını qorumaq iqtidarını belə əldən verib.

Yerli valyutaların dollar qarşısında «əriməsi», neft və qazdan əldə etdiyi gəlirlərlə iqtisadiyyatını qurmuş dövlətləri isə yaxın vaxtlarda daha ağır günlər gözləyir. Qərb mətbuatı xəbər verir ki, ABŞ-ın hazırladığı plana əsasən böhranın ikinci dalğası gəlir. Bu dalğa əsasən Rusiya və onunla ittifaq içində olan dövlətlər üçün ciddi problem olacaq. Belə ki, həmin dövlətlərin deflota sürüklənməsi və ölkə daxilində sosial partlayışların baş qaldırmasına nail olmaq istəyən Vaşinqton bununla hakimiyyətləri dəyişərək, özünə yaxın qüvvələri görəv başına keçirmək fikrindədir.

Məlumatlarda vurğulanır ki, Rusiyanın maliyyə bazarını tamamilə sıradan çıxarmaq missiyasını həyata keçirəcək yeni böhran dalğası, sonradan onun iqtisadi cəhətdən tamamilə tənəzzül etməsinə gətirib çıxarmalıdır. Bu isə Rusiyanın nəinki iqtisadiyyatının, həmçinin siyasətinin də Qərbin nəzarəti altına keçməsi deməkdir.

Amma bizim üçün maraqlı olan Azərbaycandır. Moskva ilə ittifaq içində olan Bakını heç də yaxşı günlər gözləməyə bilər. Neft və qaz satışı üzərində qurulmuş iqtisadiyyatın belə böhranlara duruş gətirməsi təcrübədə müşahidə olunmayıb. Üstəlik, son devalivasiya prosesi insanların durumunu daha ağır vəziyyətə salıb və ölkədə sosial yönümlü partlayışların baş verməsi gözləniləndir. Təkcə, Mingəçevir olayları təsdiqlədi ki, Azərbayanın hər yerində hər zaman hər şey baş verə bilər.

Qazaxıstan və daha digər dövlətlərin də durumu yaxşı olmayacaq kimi görünür. Çünki onların da iqtisadiyyatlarının biri qolu istər istəməz Rusiya ilə bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA