Tarix : 5-07-2018, 07:49 | Bölmə: texnologiya |
WhatsApp” istifadəçilərinə pul paylayacaq















“WhatsApp” yalan xəbərlərə qarşı mübarizə aparmaq məqsədilə kampaniyaya başlayıb.
Sosial şəbəkədəki səhv məlumatlandırmalara səbəb olan problemlərlə əlaqəli araşdırma aparanlara ümumi olaraq 50 min dollarlıq mükafat fondundan hədiyyələr veriləcək.

“WhatsApp Araşdırma Mükafatları” adı ilə başlayan kampaniya çoxmərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə hər hansı bir sosial elm və digər üsullardan istifadə edərək bu problem sahəsində texnologiyanın günümüzün cəmiyyətinə təsirini işıqlandırılanlar seçiləcək.
Bu gün sosial şəbəkələrin ən böyük problemi də yalan xəbərlərin paylaşılmasıdır.
(Reytinq:0)