Tarix : 4-07-2018, 07:17 | Bölmə: texnologiya |
İşıq yenə niyə söndü?















Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.
Bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə yaydığı məlumatda qeyd olunub.
"Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.
(Reytinq:0)