Son Xəbərlər
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib 19:22Alimlərdən xəbərdarlıq — Az yatmaq ölümcül fəsadlara yol açır 08:18Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə? 06:33Bürclər – 16 fevral 06:27Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflə 07:16Bürclər – 15 fevral 05:20Bürclər – 14 fevral 05:16Bürclər – 13 fevral 05:18Bu tərəvəzi yeyən qripə yoluxmur — Qara yerkökünün faydaları 05:58Bürclər – 12 fevral 05:21Kişilərdə xərçəng xəstəliyinin altı əlaməti 07:42Bürclər – 11 fevral 05:34Diabet xəstələrinin nəzərinə — Minillik reseptlərlə ağrılarınızdan və şəkərdən qurtulun + FOTOLAR 07:40Hər gün əncirli süd içməyin inanılmaz təsiri — MİNİLLİK MÖCÜZƏ 07:35Bürclər – 9 fevral 06:15

Gəncə bağçasında körpənin üzünə dağ basılır, təhsil rəisi susur - Foto

Gəncənin 31 saylı uşaq bağçasında Gülnarə adlı müəllimə 1 yaş 6 aylıq Saranın üzünə dağ basıb
Bu haqda hüquq müdafiəçisi Taleh Xasməmmədov feysbukda paylaşım edib.
O nun sözlərinə görə, Saranın valideyni uşağın bu halını görüb şikayət edib. Müəllimə deyib ki, “uşaq-uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb.
Uşaq ekspertizaya aparılıb. Müəyyən olunub ki, üzdə 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Bağçadakı kamera görüntülərini tələb edilsə də, gizlədilib.
Bu, ikinci belə işgəncə faktıdır. Yasamaldakı bağçada isə tərbiyəçi uşağı döydüyü üçün saxlanılmışdı. Amma deyəsən bağçalarda xaotik vəziyyətə nəzarət güclənmir.
İkincisi, bağçaların gestapoya çevrilməsi və körpələr üçün işgəncə yuvalarına dönməsi yerli təhsil idarələrinin məsuliyyətsizliyindən irəli gəlir.
Bu hadisə şəhər təhsil idarəsi rəhbərliyinin fəaliyyətsizliyini ortalığa qoyur. Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov bu faktla bağlı susmaqdadır.
Gəncə Təhsil İdarəsinə rəhbərlik edən Zakir Hüseynovun öz vəzifə səlahiyyətlərinin öhdəsindən lazımınca gələ bilməməsi son illərdə daha dərin problemlərə yol açmaqdadır.
Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun ölkənin ikinci böyük şəhərində saxta atestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə adı hallanıb.
Bir müddət əvvəl Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bütün məktəb direktorlarını iclasa yığmışdı.
İclasda Zakir Hüseynov bildirmişdi ki, Gəncə şəhərində gedən abadlıq işləri ilə bağlı cənab başçı Elmar Vəliyev bizim də üzərimizə bəzi tapşırıqlar qoymuşdur.
Gəncə şəhərində bir neçə yaşayış binasının dam örtüyünü ,habelə üzlüklərini biz təmir etməliyik. Ona görə də müəllimlərdən pul yığmaq lazımdır.
FİA.Az-ın verdiyi xəbərə görə, 31 saylı bağçada körpəyə işgəncə verilməsi ilə bağlı rəsmi açıqlamalar yoxdur.
Nə təhsil idarəsi, nə bağça rəhbərliyi, nə Gəncə hüquq-mühafizə orqanları tərəfindən məlumat yayılıb.
Ötən il Gəncə şəhər Təhsil İdarəsinin bir qrup işçisi ünvanladığı müraciətində hər şeyi çılpaqlığı ilə təsdiq edirdilər.
Deyilirdi ki, Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Qərb nümayəndəliyinin rəhbəri Ceyhun Mirzə Gəncə təhsilini çox bərbad vəziyyətə salıb:
“Bu günlərdə Təhsil Nazirliyində yığıncaq keçirilmişdir. Bu yığıncaqda Təhsil Nazirinin müavini Mətin Eynullayev Ceyhun Mirzəni ayağa qaldıraraq onun fəaliyyətini kəskin tənqid etmiş, onun korrupsiyaya qarşı mübarizə aparmalı olduğu halda, tamamilə korrupsiyaya bulaşdığını bütün toplantı iştirakçıları yanında söyləmişdir.
Həmin vaxt Ceyhun Mirzə yığıncaqda olarkən onun Gəncədəki iş otağından kompüterlər götürülmüş və iş otağı möhürlənmişdir.
Ceyhun Mirzə iş otağına buraxılmır, fəaliyyəti yoxlanılır.
Gəncə şəhərində testdən keçməyən 200-dən artıq müəllimin işə qəbulunun araşdırılması Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə Ceyhun Mirzəyə tapşırılmışdı.
Ceyhun Mirzə isə bundan süni istifadə edərək Gəncədən olan direktorları iş otağında tək-tək qəbul edərək onlarla “razılaşırdı”.
Qarşı tərəfi dinləməyə hazırıq.
(Reytinq:0)