Tarix : 20-06-2018, 06:36 | Bölmə: gundem, bolge |
Zaqatala meşələri belə məhv edilir: Meşə rəhbərinin tamahı qiymətli ağac növlərinə qənim kəsilib – FOTOLAR

Meşələrdə qiymətli ağac növləri, o cümlədən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağac, qarağac və s. ağac növləri vardır ki, bunlar da baxımsızlıq əksər vaxtlarda isə, nadan insan əlləri ilə məhv edilir.

Ərazisinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün də, əlverişli perspektivlər aça bilərdi. Ərazisində həm yerli sakinlərin, həm də əcnəbi vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri yaradıla bilərdi. Çünki rayonun Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Moorcay, Malarasa aşırımı və s. kimi təbiət möcüzələri mövcuddur. Zaqafqaziyada ilk qoruq hesab olunan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Təbiəti Qoruğu (ərazisi 47.4 min ha.) buradadır. Lakin son illərin fəsadları bu sahəyə də, ciddi zərbə vurmuşdur.

Zaqatala meşə təsərrüfatının Car, Tala və Muxax meşəçiliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də yay otlaqlarının bir hissəsi daxil olmaqla 30 min hektar ərazidə vəziyyət həqiqətən acınacaqlıdır. Bütün bunlara səbəb, bir müddət bundan əvvəl meşə təsərrüfatına rəhbər təyin olunan cənabın iştahasını cilovlaya bilməməsidir. Daha doğrusu bu bölgədə meşələrimizə varlanmaq iştahası ilə qənim kəsilən geniş şəbəkə fəaliyyətinin də mhz meş mühafizə idarəsinin rəhbərinə bağlı olduğu iddia olunur.

Qeyd edək ki, Zaqatalanın meşə təsərrüfatına NAŞI şəxsin rəhbərlik etməsi, meşə zolaqlarında əmələ gələn ah-nalənin artmasına səbəb olmuşdur. Çünki, meşə təsərrüfatını qısa zaman kəsiyində şəxsi gəlir mənbəyinə çevirən bu adamın heç kimdən çəkinəcəyi yoxdur. Son 10 ildə meşələrə indiki qədər ziyan vurulmayıb. Elə bil bu adamın vəzifəsi kəsilməsi qadağan olunan ağac növlərinin məhv edilməsinə şərait yaratmaqdır. Himayədarlarına ( yazının sonunda bu barədə müfəssəl məlumat verəcəyik.-red) arxalanaraq, rayonun olub-qalan meşə təsərrüfatını məhv etməyə qərarlı olan bu adama nədən “dur” deyən tapılmır? Məgər bu meşələrin məhv edilməsi aidiyyatı qurumların gözü qarşısında baş vermir? Bu qədər biganəlik, bu qədər məsuliyyətsizlik, bu qədər qanunsuzluq, bu qədər vəhşilik yerə-göyə sığarmı?

Qeyd edək ki, rayonun mərkəzi ərazisində, ayrı-ayrı kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində bir neçə irili-xırdalı ağac emalı sexləri fəaliyyət göstər ki, bu da meşə rəhbərlərinin pul qazanmasını asanlaşdırır. Kəsilməsi qadağan olunan ağac növlərinin kəsilməsinə şərait yaratdıb qazanc əldə edənlər, meşəni məhv edib rayonlara, hətta paytaxt Bakıya müəyyən yollarla kəsilmiş ağacların daşınması həmin işbazlar tərəfindən təşkil edilir.

Paytaxt.org-un elektron ünvanına göndrilən fotoları təqdim edirik:

(Reytinq:0)