Tarix : 19-06-2018, 06:54 | Bölmə: gundem, bolge |
Prezidentin Bərdədə açdığı çörək zavodu haqda müdhiş iddialar - 4 milyonluq iş...















2012-ci ildə prezident İlham Əliyev Bərdədə "Qarabağ" çörək istehsalı müəssisəsinin açılışında iştirak etmişdi

FİA.Az xatırladır ki, layihənin həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılmışdı.

Ümumi dəyəri 4 milyon manat olan çörək zavodunun yaradılması məqsədilə Fond tərəfindən 2,7 milyon manat güzəştli kredit verilmişdi.

Eyni zamanda, zavodun xammal bazasının yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 680 min manat güzəştli kredit hesabına taxıl sahəsi, tutumu 10 min ton olan taxıl anbarı və gündəlik istehsal gücü 70 ton olan dəyirman kompleksi də inşa edilib.

Zavodun direktoru Füzuli İsmayılovdur. Amma dövlətin kredit ayırdığı və prezidentin açılışını etdiyi "Qarabağ" çörək zavodu gözləntiləri doğrultmayıb.

Belə iddialar və saytımıza məlumatlar gəlməkdədir ki, zavod rəhbərliyi çörəyin çəkisində yeyintilərə yol verir, çəkini azaldır, kəpəyini bol edir.

Bundan əlavə, zavodun işçiləri ilə əmək müqaviləsi bağlanmayıb, onlar gündəlik iş qrafikindən çox istismar edilir, incidilir.

Həmçinin, zavod tərəfindən uşaq bağçalarına, hərbi hissələrə paylanan çörəyin satışında maliyyə maxinasiyalarına yol verildiyi iddia olunur.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Yuxarı Qarabağ bölməsinin Bərdə dayaq şöbə müdiri Səfər Qurbanov bu işdə pay sahibi kimi adı keçir.

İddialara görə, S.Qurbanovun sənədləşmə, qaimə və s. işlərini rayonun Həsənqaya uşaq bağçasında müdirə işləyən bacısı Arifə Qurbanova hazırlayır.

İddialara görə, uşaq bağçalarına çatmalı olan çörək S.Qurbanov tərəfindən pulu mənimsənilir və bir hissəsi bağça müdirələrinə verilir ki, çörəyi özləri alsınlar.

Onun hər gün "Qarabağ" çörək zavodunda bu əməliyyatı həyata keçirdiyi bildirilir.

FİA.Az sosial şəbəkələrə istinadla xəbər verir ki, "Qarabağ" çörək zavodunda işçilərlə müqavilə bağlanmaması vergidən yayınmağa hesablanıb.

F.İsmayılovun direktoru olduğu zavod çörəyin keyfiyyətində, çəkisində də əyriliyə yol verməkdədir.

Həm Bərdə, həm ətraf bölgələrə gedən bu bərəkətin keyfiyyəti və çəkisi haqda istehlakçılar narazılıq edirlər.

Bəzi xəbərlərə görə, işçilərin maaşının gecikdirilməsi, onların daha çox işlədilməsi hallar var və zavodda tətillər başlanması belə istisna edilmir.

Onsuz da əhalinin güzəranı çətinləşib, gəlirlər azalıb, xərclər çoxalıb, zavodda çörək bişirənlər də qəpik-quruş maaşını da borc-xərcə, kreditə, kommunal ödənişlərə sərf edir.

Bu halda onların incidilməsi əvəzinə, bu müqəddəs əməyinə görə əmək haqlarının artırılması vacibdir.

Ümumiyyətlə, ölkəmizdə çörək israfçılığına yol verildiyinin, hətta zibil qablarının yaxınlığına atıldığının şahidi oluruq.

Əgər bunun bir səbəbi insanların son zamanlar pəhriz məqsədilə çörəkdən imtina etməsidirsə, digər səbəbi məhz çörəyin keyfiyyəti ilə bağlıdır.

Bəzi sexlər, kiçik müəssisələr əla növ unu keyfiyyəti aşağı olan unla qarışdırdıqlarından, çörəyin də keyfiyyəti, saxlama müddəti aşağı düşür.

Mütəxəssislərə görə, çörəyi rütubətli şəraitdə saxlamaq düzgün deyil. Çörəyin keyfiyyətsiz olması onun rəngindən də bəlli olur.

Zavod rəhbərliyinin mövqeyini işıqlandıra, reportaj hazırlaya bilərik.
(Reytinq:0)